Gəncədəki kütləvi davada xəsarət alan şəxs ölüb

Hadisə
  • 12 dekabr, 2022
  • 03:39
Gəncədəki kütləvi davada xəsarət alan şəxs ölüb

Ötən gün Gəncə şəhərində baş verən kütləvi davada bıçaqlananlardan biri - 1994-cü il təvəllüdlü Niyazi Bayramov dünyasını dəyişib.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Xatırladaq ki, dekabrın 11-də saat 20 radələrində Gəncə şəhərində kütləvi dava olub. Olayda bir nəfərin öldüyü, 2 nəfərin isə yaralandığına dair məlumat yayılmışdı.

Son xəbərlər

Bütün Xəbər Lenti