Gəncədə zəncirvari yol qəzası baş verib

Gəncədə zəncirvari yol qəzası baş verib Gəncə. 16 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində zəncirvari yol qəzası baş verib.
Hadisə
15 sentyabr 2018 22:41
Gəncədə zəncirvari yol qəzası baş verib

Gəncə. 16 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində zəncirvari yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Nəriman Nərimanov prospektinə gedən yolda, "köhnə avtovağzal" deyilən ərazidə "Mazda", "Mercedes" və iki "VAZ-2107" markalı avtomobil toqquşub.

Qəza zamanı zərbənin gücündən "Mazda" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Zərərçəkmişlər şəhərdə yerləşən özəl və dövlət xəstəxanalarına aparılıblar.

Qəzanın səbəbləri araşdırılır.

Orphus sistemi