Gəncədə zəncirvari qəza baş verib, 2 nəfər xəsarət alıb

Gəncədə zəncirvari qəza baş verib, 2 nəfər xəsarət alıb Qəza şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb
Hadisə
11 Dekabr , 2016 23:17
Gəncədə zəncirvari qəza baş verib, 2 nəfər xəsarət alıb

Gəncə. 11 dekabr. REPORT.AZ/ Axşam saatlarında Gəncə şəhərində zəncirvari avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza şəhərin Nəriman Nərimanov prospektində 3 avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı maşın öncə "Pajero" ilə toqquşub, daha sonra idarəetməni itirən sürücü avtomobili işıq dirəyinə çırpıb. Öz növbəsində "Pajero" zərbənin gücündən yol kənarında duran "BMW"yə dəyib. Qəza nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi