Gəncədə zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var 

Gəncədə zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var  Gəncə şəhərində 4 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
Hadisə
28 Noyabr , 2023 13:51
Gəncədə zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var 

Gəncə şəhərində 4 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ", "Chovralet" və 2 "Mercedes" markalı avtomobillərin iştirakı ilə baş vermiş qəza zamanı 1995-ci il təvəllüdlü Sənan Qarayev və 1969-cu il təvəllüdlü Gülbəniz Salmanova xəsarət alıblar.

Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib.

Avtoqəza zamanı daha bir nəfər isə yüngül xəsarət alıb. O, xəstəxanaya getməkdən imtina edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi