Gəncədə yüksək sürət yol qəzasına səbəb olub - FOTO

Gəncədə yüksək sürət yol qəzasına səbəb olub - FOTO Gəncə. 9 dekabr. REPORT.AZ/ Gəncə şəhərində avtomobil qəzası baş verib.
Hadisə
9 Dekabr , 2018 20:35
Gəncədə yüksək sürət yol qəzasına səbəb olub - FOTO

Gəncə. 9 dekabr. REPORT.AZ/ Gəncə şəhərində avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 28 May küçəsində yüksək sürətlə hərəkətdə olan naməlum avtomobil qarşıdan gələn "Opel" markalı maşını vuraraq yoldan çıxarıb.

Nəticədə "Opel" yol kənarındakı ağaca çırpılıb. Qəzanı törədən avtomobil hadisə yerindən uzaqlaşıb. Nəticədə xəsarət alan olmasa da, "Opel"ə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son xəbərlər

Orphus sistemi