Gəncə. 25 mart. REPORT.AZ/ Gəncə şəhərində 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Şah İsmayıl Xatai prospektində yolu keçmək istəyən 2 qadını avtomobil vurub.
Müxtəlif xəsarətlər alan 1989-cu il təvəllüdlü Gülnar Əliyeva və 1975-ci il təvəllüdlü Rüxsarə Nəsibova xəstəxanaya çatdırılıb.
Hər iki yaralının vəziyyəti qənaətbəxş hesab olunur və ilkin tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılacaqlar.
Faktla bağlı araşdırma aparılır.