Gəncədə yola çıxan atı maşın vurub

Gəncədə yola çıxan atı maşın vurub Avtomobilə ziyan dəyib
Hadisə
19 İyun , 2016 23:41
Gəncədə yola çıxan atı maşın vurub

Gəncə. 19 iyun. REPORT.AZ/ Gəncədə avtomobil yoluna çıxan atı maşın vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkının önündə, Bakı-Qazax magistral yolunda baş verib.

Heyvan hərəkətdə olan “VAZ-2105” markalı avtomobilin qarşısına anidən çıxıb. At ciddi xəsarət almasa da, avtomobilin ön-sağ tərəfi əzilib.

Şahidlərin sözlərinə görə, at park ərazisindən qaçaraq yola çıxıb.

Son xəbərlər

Orphus sistemi