Gəncədə yol qəzası baş verib, xəsarət alan var

Gəncədə yol qəzası baş verib, xəsarət alan var Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb
Hadisə
23 May , 2021 06:28
Gəncədə yol qəzası baş verib, xəsarət alan var

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un məlumatına görə, hadisə Gəncə şəhərində baş verib. İki avtomobilin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Həmzəyev Namaz Qaraca oğlu ağır bədən xəsarətləri alıb. Yaralı əvvəlcə Gəncə Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi