Gəncədə yol qəzası baş verib, xəsarət alan var

Gəncədə yol qəzası baş verib, xəsarət alan var 1986-cı il təvəllüdlü Yasin Həsənov idarə etdiyi avtomobillə qəzaya uğrayıb
Hadisə
26 Noyabr , 2016 01:32
Gəncədə yol qəzası baş verib, xəsarət alan var

Gəncə. 26 noyabr. REPORT.AZ/ Gəncədə baş vermiş avtoqəzada sürücü xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Nəriman Nərimanov prospektində baş verib. 

Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Həsənov Yasin İsməddin oğlu idarə etdiyi avtomobillə qəzaya uğrayıb. Yaralı ətrafdakıların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. 

Həkimlər tərəfindən dərhal tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilən sürücünün vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi