Yuxarı

Gəncədə yol qəzası baş verdi, ölən və yaralananlar var - YENİLƏNİB

​Gəncədə yol qəzası baş verdi, ölən və yaralananlar var

762

Gəncə şəhərində baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Ramin Hüseynov hadisə nəticəsində ölüb. 

Yaralı, 1980-ci il təvəllüdlü Natiq Namiq oğlu Abbasovun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılıb. 

Digər yaralı, 1988-ci il təvəllüdlü Səbuhi Akif oğlu Həsənov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. 

Onun vəziyyəti isə orta-ağır qiymətləndirilir.


*** 18:34

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza Gəncə şəhər Şahsevənlər küçəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza zamanı 1 nəfər kişi hadisə yerində ölüb. Daha 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi