Yuxarı

Gəncədə yaşlı qadını avtomobil vurub

​Gəncədə yaşlı qadını avtomobil vurub

Gəncə. 1 yanvar. REPORT.AZ/ Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Gülçöhrə Mütəllim qızı Şərifovanı avtomobil vurub. 

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Ona sol baldır sümüklərinin sınığı diaqnozu ilə qoyulub və daha sonra yaxınlarının istəyi ilə şəhərdəki özəl xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi