Gəncədə yaşlı qadın özünü qatarın altına ataraq intihar edib - ƏLAVƏ OLUNUB

Gəncədə yaşlı qadın özünü qatarın altına ataraq intihar edib - ƏLAVƏ OLUNUB Hadisə dəmiryolu vağzalının yaxınlığında qeydə alınıb
Hadisə
14 May , 2017 01:04
Gəncədə yaşlı qadın özünü qatarın altına ataraq intihar edib - ƏLAVƏ OLUNUB

Gəncə. 14 may. REPORT.AZ/ Gəncə şəhərində təqribən 60-65 yaşlı qadın özünü yük qatarın altına ataraq intihar edib.

Dəmir Yolu Nəqliyyatında Gəncə Stansiyası Xətt Polis Şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisə axşam saatlarında Poçt qəsəbəsi ərazisindən keçən dəmiryolu xəttində baş verib.

Belə ki, hələlik kimliyi məlum olmayan 60-65 yaşlı qadın özünü hərəkətdə olan yük qatarının altına ataraq intihar edib. Onun kimliyi və intihar etmə səbəbləri hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırılır.

***

Gəncə şəhər Prokurorluğundan "Report"a verilən məlumata görə, hadisə nəticəsində qadının meyiti tanınmaz halda düşdüyündən, onun şəxsiyyətini müəyyən etmək hələ ki, mümkün deyil. Hazırda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi