Yuxarı

Gəncədə yaşayış binası yanır, FHN-in iki yanğınsöndürəni yıxılaraq xəsarət alıb - YENİLƏNİB

Gəncədə yaşayış binası yanır, FHN-in iki yanğınsöndürəni yıxılaraq xəsarət alıb - YENİLƏNİB
Sakinlər təxliyyə olunub
© Report

Gəncə. 5 may. REPORT.AZ/ Gəncə şəhərində yanan yaşayış binasını söndürən zaman xəsarət alan Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının adları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar Göygöl rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədov Zirəddin Mübariz oğlu və Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Lələyev Namiq Əbulfəz oğludur.

Hər iki yanğınsöndürən hündürlükdən yıxılaraq xəsarət alıb. N.Lələyevin vəziyyəti ağır, digər yaralının isə orta-ağır qiymətləndirilir.


*** 10:51

Gəncə. 5 may. REPORT.AZ/ Gəncə şəhərində yaşayış bınasının dam örtüyü yanır.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın şəhərin Dəmiryolu Vağzalının yaxınlığında, Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli binada baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı FHN-in yanğınsöndürənlərindən azı ikisi xəsarət alıb.

Sakinlər təxliyyə olunub. Hazırda yanğın söndürülmək üzrədir.

Yanğının başvermə səbəbləri araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi