Gəncədə yanğın zamanı bir nəfər xilas edilib

Gəncədə yanğın zamanı bir nəfər xilas edilib Yanğın vətəndaşa məxsus birmərtəbəli 6 otaqlı evdə baş verib
Hadisə
1 Fevral , 2017 23:54
Gəncədə yanğın zamanı bir nəfər xilas edilib

Bakı. 1 fevral. REPORT.AZ/ Axşam saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda vətəndaşa məxsus birmərtəbəli 6 otaqlı evdə yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Yanğın kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən bir nəfər xilas olunub. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi