Yuxarı

Gəncədə yanğın baş verib, qonşu mənzildəki sakinlər təxliyyə edilib

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

Bakı. 6 mart. REPORT.AZ/ Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birotaqlı mənzilin zirzəmisinə yığılmış 25 kv.m sahədə köhnə ev əşyaları və məişət tullantıları yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı qonşu mənzildən 2 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi