Yuxarı

Gəncədə yanacaqdoldurma məntəqəsində dava düşüb, mühafizəçi döyülüb

Hadisə şəhərin Nizami rayonu ərazisində qeydə alınıb

Bakı. 19 avqust. REPORT.AZ/ Bu gün axşam saatlarında Gəncə şəhərində yerləşən yanacaqdoldurma məntəqələrindən birində kütləvi dava olub, mühafizəçilərdən biri döyülüb.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Nizami rayonu ərazisində qeydə alınıb.

Tovuz rayonunun Əyyublu kənd sakini Elşad Mirzəyev kəllə-beyin, sifətin və üzün əziyi yaraları ilə Gəncə şəhər TTYX-nın Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini orta ağır qiymətləndirirlər.

Məlumata görə, 26 yaşlı gənc Gəncənin Şah İsmayıl Xətai prospektində yerləşən yanacaqdoldurma məntəqəsində mühafizəçi işləyir və o, elə operator vəzifəsində çalışan iş yoldaşları tərəfindən döyülüb.

Faktla bağlı Gəncə polisi araşdırma aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi