Gəncədə velosipedçini vurub qaçan sürücü saxlanıldı

Gəncədə velosipedçini vurub qaçan sürücü saxlanıldı Gəncədə yol qəzası törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb.
Hadisə
13 Noyabr , 2020 11:24
Gəncədə velosipedçini vurub qaçan sürücü saxlanıldı
0 : 00
0 : 00

Gəncədə yol qəzası törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə noyabrın 11-də saat 19 radələrində qeydə alınıb.

Gəncə şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə velosipedlə yolu keçən Gəncə şəhər sakini K.Ramazanov vurulub və o, xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21214” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini E.Məmmədov müəyyən edilərək saxlanılıb.

Son xəbərlər

Orphus sistemi