Gəncədə üç ev yanaraq kül olub, bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB

Gəncədə üç ev yanaraq kül olub, bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB Gəncə şəhərində üç fərdi evdə baş vermiş yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.
Hadisə
13 İyun , 2024 23:12
Gəncədə üç ev yanaraq kül olub, bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB

Gəncədə 3 vətəndaşa məxsus bir-birinə yaxın fərdi evlərdə yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, ümumi sahəsi 96 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 34 kvadratmetr olan talvar, bitişik ümumi sahəsi 130 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin çardağı 40 kvadratmetr və ümumi sahəsi 105 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 60 kvadratmetr olan çardağın 20 kvadratmetr sahəsi yanıb.

Xatırladaq ki, hadisə nəticəsində 1 nəfər tüstüdən zəhərlənib.

Yanğının başvermə səbəbləri araşdırılır.

21:24

Gəncə şəhərində üç fərdi evdə baş vermiş yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, yaşayış evlərindən birində başlayan yanğın sonradan digər iki evə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Ç.Hüseynova tüstüdən zəhərlənib və xəstəxanaya çatdırılıb.

Yanğının səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi