Gəncədə törədilən iğtişaşların qabaqcadan planlaşdırıldığı və xaricdən idarə edildiyi təsdiqlənib

Gəncədə törədilən iğtişaşların qabaqcadan planlaşdırıldığı və xaricdən idarə edildiyi təsdiqlənib Müəyyən edilib ki, cinayət törətməkdə şübhəli bilinən Bəkram Əliyev isə iyulun 9-da Rusiyadan Gəncəyə gəlib
Hadisə
13 İyul , 2018 16:49
Gəncədə törədilən iğtişaşların qabaqcadan planlaşdırıldığı və xaricdən idarə edildiyi təsdiqlənib

Bakı. 13 iyul. REPORT.AZ/ İstintaq-axtarış əməliyyatı zamanı Gəncədə polislərin həlak olması hadisəsindən bir gün əvvəl Rəşad Böyükkişiyevin bütün ailə üzvlərini və yaxınlarını Gürcüstana çıxardığı müəyyən olunub.

"Report"un xəbərinə görə, həmçinin müəyyən edilib ki, cinayət törətməkdə şübhəli bilinən Bəkram Əliyev isə iyulun 9-da Rusiyadan Gəncəyə gəlib.

Bu faktlar təsdiqləyir ki, cinayət qabaqcadan planlaşdırılmış aksiya olub və bilavasitə xaricdən idarə edilib. Əldə edilən bəzi faktlar cinayət iştirakçılarının bir qisminin həm də Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən dini-ekstremist təşkilatla sıx bağlı olduğunu deməyə ciddi əsaslar yaradıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, iyulun 10-da Gəncə şəhərində törədilən qanlı cinayətin bütün iştirakçıları müəyyənləşdirilib, 11 nəfər həbs olunub, Rəşad Böyükkişiyev isə məhv edilib.

Son xəbərlər

Orphus sistemi