Gəncədə ticarət mərkəzinin bir hissəsində çökmə ehtimalı olub, vətəndaşlar təxliyə edilib - YENİLƏNİB
Hadisə
- 21 sentyabr, 2023
- 07:34
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən Mərkəzi univermaq binasının bir hissəsinin çökmə ehtimalının olması barədə məlumat daxil olub.
FHN-dən "Report"a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Univermaq binasında çökmə ehtimalı nəzərə alınaraq binadakı vətəndaşların təxliyəsi təşkil olunub.
10:49
Gəncə şəhərində ticarət mərkəzinin bir hissəsində çökmə olub.
"Report"un Qərb bürosunun məlumatına görə, çökmə univermaq binasında qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və adiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
08:52
ABŞ Avropadakı müttəfiqlərinə raket sistemlərini uyğunlaşdırmağa icazə verə bilər
Digər ölkələr08:38
Filippində məktəbdə baş verən atışmada 2 nəfər ölüb
Digər ölkələr08:18
Bakıda yalnız beş istiqamətdə tıxac yaranıb
İnfrastruktur08:07
Hörmüz boğazında gəmiyə hücum edilib, ekipaj üzvü həlak olub
Digər ölkələr08:05
Foto
Tovuzda su kanalından iki meyit aşkarlanıb
Hadisə07:54
Şotlandiya FIFA seçkilərində İnfantinonu dəstəkləməkdən imtina edib
Futbol07:29
WSJ: Tramp Omanı "günah keçisi"nə çevirir
Digər ölkələr06:48
Kolumbiyada zəlzələnin vurduğu zərər 9,6 milyard dollar qiymətləndirilib
Digər ölkələr06:19