Gəncədə taksi sürücüsünə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
- 05 dekabr, 2024
- 05:14
Gəncə şəhərində taksi sürücüsünə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakini C.Həsənova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş, 1980-ci il təvəllüdlü Azər İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
04.12.2024 23:04
Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində 1991-ci il təvəllüdlü C.Həsənov mübahisə zəminində bıçaq xəsarəti alıb.
O, 3 bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Zərərçəkənin taksi sürücüsü olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.