Gəncədə süpürgəçini maşın vurub

Gəncədə süpürgəçini maşın vurub Gəncə. 9 noyabr. REPORT.AZ/ Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
9 Noyabr , 2018 23:42
Gəncədə süpürgəçini maşın vurub

Gəncə. 9 noyabr. REPORT.AZ/ Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Nizami Gəncəvi prospekti ilə hərəkətdə olan "VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə, daha sonra yolu süpürən 1978-ci il təvəllüdlü Əliyev Elşən Nadir oğluna dəyib.

Müxtəlif bədən xəsarətləri alan təmizlik işçisi xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Cəlilabadda avtomobil piyadanı vurub.

Son xəbərlər

Orphus sistemi