Cəlilabadda avtomobil piyadanı vurub

Cəlilabadda avtomobil piyadanı vurub Cəlilabad. 9 noyabr. REPORT.AZ/ Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
9 Noyabr , 2018 13:20
Cəlilabadda avtomobil piyadanı vurub
"Report"

Cəlilabad. 9 noyabr. REPORT.AZ/ Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qarayar kəndi ərazisində qeydə alınıb. 

Belə ki, rayonun Suluçeşmə kənd sakini, 1993-cü il təvəllüdlü İbrahim Ələsgər oğlu Bağırovu yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi