Gəncədə silahlı insident olub, polis əməkdaşı yaralanıb - YENİLƏNİB

Gəncədə silahlı insident olub, polis əməkdaşı yaralanıb - YENİLƏNİB Gəncə. 31 yanvar. REPORT.AZ/ Gəncə şəhərində işdən evinə qayıdan polis əməkdaşına odlu silahdan atəş açılıb.
Hadisə
31 Yanvar , 2018 11:41
Gəncədə silahlı insident olub, polis əməkdaşı yaralanıb - YENİLƏNİB

Gəncə. 31 yanvar. REPORT.AZ/ Gəncə şəhərində işdən evinə qayıdan polis əməkdaşına odlu silahdan atəş açılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə bir neçə gün öncə gecə saatlarında baş verib. 

Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Xüsusi Təyinatlı Bölüyünün serjantı Əhmədov Natiq Camal oğluna Yeni Gəncə qəsəbəsində naməlum şəxs tərəfindən odlu silahdan atəş açılıb. 

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisəni tördən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, hadisə törədilən zaman N.Əhmədov vəzifə başında olmayıb və mülki geyimdə olub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.


***10:22

Gəncə. 31 yanvar. REPORT.AZ/ Gəncə şəhərində polis əməkdaşına odlu silahdan atəş açılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. Gecə saatlarında hələlik şəxsiyyəti bilinməyən şəxs tərəfindən polis əməkdaşına odlu silahdan atəş açılıb. Polis əməkdaşı ayağından güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi