Gəncədə sərxoş sürücü qəza törədərək hadisə yerindən qaçıb

Gəncədə sərxoş sürücü qəza törədərək hadisə yerindən qaçıb Hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb
Hadisə
27 Fevral , 2018 21:38
Gəncədə sərxoş sürücü qəza törədərək hadisə yerindən qaçıb

Gəncə. 27 fevral. REPORT.AZ/ Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, şəhərin 28 May küçəsində yol kənarında dayanmış Rasim Mustafayevə məxsus "Mercedes Vito" markalı avtomobil hələ ki, sürücüsü məlum olmayan "KİA" tərəfindən vurulub.

Hadisəni törədən sürücü öz avtomobilini hadisə yerində qoyaraq başqa maşınla ərazidən uzaqlaşıb. Qəza zamanı "Mercedes"ə ciddi ziyan dəyib. Şahidlərin dediyinə görə, sürücü sərxoş vəziyyətdə olub.

Faktla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi