Gəncədə sərnişin mikroavtobusu piyadanı vuraraq öldürüb

Hadisə
  • 27 may, 2022
  • 06:11
Gəncədə sərnişin mikroavtobusu piyadanı vuraraq öldürüb

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Atatürk prospektində yolu qarşı tərəfə keçmək istəyən 1972-ci il təvəllüdlü Ruslan İbrahimzadəni mikroavtobus vurub. O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.