Gəncədə sərnişin avtobusu qəzaya düşüb, xəsarət alanlar var

Gəncədə sərnişin avtobusu qəzaya düşüb, xəsarət alanlar var Gəncə. 13 noyabr. REPORT.AZ/ Gəncə şəhərində sərnişin avtobusu qəzaya düşüb.
Hadisə
13 Noyabr , 2018 15:59
Gəncədə sərnişin avtobusu qəzaya düşüb, xəsarət alanlar var
0 : 00
0 : 00

Gəncə. 13 noyabr. REPORT.AZ/ Gəncə şəhərində sərnişin avtobusu qəzaya düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Mikayıl Müşfiq küçəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan 17 nömrəli marşurut xətti üzrə işləyən "İsuzu" markalı avtobus minik avtomobili ilə toqquşub. Nəticədə bir neçə nəfər xəsarət alıb. Onlardan bir nəfərinin xəsarəti ciddi olduğundan xəstəxanaya yerləşdirilib. Hazırda onun kimliyi dəqiqləşdirilir.

Hadisənin başvermə səbəbləri isə aparılan araşdırmalardan sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi