Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var

Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var.
Hadisə
27 mart 2025 16:24
Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var

Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Belə ki, şəhərdaxili sərnişin daşıyan mikroavtobusla "Toyota" markalı avtomobilin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri, 1983-cü il təvəllüdlü T.Orucova və 1978-ci il təvəllüdlü Z.Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi