Gəncədə qətl törədən şəxs saxlanılıb - YENİLƏNİB

Gəncədə qətl törədən şəxs saxlanılıb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Dekabr , 2018 09:50
Gəncədə qətl törədən şəxs saxlanılıb - YENİLƏNİB

Gəncə. 10 dekabr. REPORT.AZ/ Gəncə şəhərində qətl törədən şəxs saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gədəbəy rayon sakini, 1987-ci il təvəllüdlü Elvin Vidadi oğlu Katiblini qətlə yetirməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, 1991-ci il təvəllüdlü Azər Akif oğlu Nağıyev polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, A.Nağıyev mübahisə zəminində E.Katibliyə çoxsaylı bıçaq zərbələri vuraraq onu ağır yaralayıb. E.Katibli ağır vəziyyətdə xəstəxanaya aparılsa da kəskin qanaxmadan ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


*** 09:20

Gəncə. 10 dekabr. REPORT.AZ/ Gəncədə qətl törədilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhərində yaşayan, Gədəbəy rayon sakini 1987-ci il təvəllüdlü Elvin Vidadi oğlu Katibli bıçaqlanmış vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

E.Katiblinin kim tərəfindən və hansı səbəbdən qətlə yetirildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi