Gəncədə qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə
- 31 yanvar, 2024
- 04:03
Gəncədə qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki qəbiristanlıqlardan birindən mərmərdən hazırlanan sinə daşını və güldanları oğurlamaqda şübhəli bilinən şəhər sakini Xətai Tağıyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, mərmər sexində işləyən şübhəli şəxs oğurladığı əşyaları başqa bir rayondan olan mərhumun ailə üzvlərinə satıb.
Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən X. Tağıyev törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
12:10
Əraqçi: İranın dinc nüvə proqramını həyata keçirmək hüququ var
Region12:03
Norveçli idmançı İtaliyadakı Qış Olimpiya Oyunlarında tarixi uğura imza atıb
Fərdi11:59
Kabildə evdə partlayış nəticəsində 8 nəfər ölüb
Digər ölkələr11:49
Səbail rayonunda mağazada yanğın olub
Hadisə11:37
Video
Azərbaycan və digər ölkələr axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib
Region11:20
Azərbaycan güləşçisi reytinq turnirində bürünc medal qazanıb
Fərdi11:06
Rusiya Zaporojyeyə 300 dronla hücum edib, ölən və yaralananlar var
Digər ölkələr10:53
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb
Hadisə10:43