Gəncədə qanunsuz tikintinin qarşısı alınıb

Gəncədə qanunsuz tikintinin qarşısı alınıb Gəncədə qanunsuz tikintinin qarşısı alınıb.
Hadisə
12 Sentyabr , 2024 21:11
Gəncədə qanunsuz tikintinin qarşısı alınıb

Gəncədə qanunsuz tikintinin qarşısı alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, növbəti monitorinqlər zamanı şəhərin Tağı Arani küçəsində ümumi istifadədə olan torpaq sahəsinin zəbt edildiyi məlum olub.

Burada müvafiq icazəverici sənədləri olmadan tikintisi aparılan qeyri-yaşayış obyekti aşkarlanıb. Həyata keçirilən qanunamüvafiq tədbirlərlə işlər dayandırılaraq, yarımtikilinin söküntüsü təmin edilib.

Qeyd edək ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi