Gəncədə qanunsuz tikilən dəmir konstruksiyadan ibarət talvar sökülüb.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə növbəti monitorinq keçirilib.
Bildirilib ki, aparılan monitorinqlər zamanı, şəhərin H.Əliyev prospektində yerləşən mövcud qeyri-yaşayış obyektinə bitişik dəmir konstruksiyadan ibarət talvar aşkar olunub.
Monitorinq qrupu tərəfindən qanunsuz inşa edilən artırmanın söküntüsü təmin edilib.