Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib

Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib.
Hadisə
14 Yanvar , 2025 20:13
Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib

Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərin Ş.İ.Xətai prospektində, M.Xələfov, Azərbaycan Bayrağı və Ü.Hacıbəyli küçələrində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici və izahedici söhbətlər aparıblar.

Aparılan izahedici söhbətlərə və edilən xəbərdarlığa məhəl qoymayan şəxslər barəsində isə Azərbaycan Respublikasının “İnzibati xətalar məcəlləsinin” 454-cü maddəsinə uyğun olaraq protokollar tərtib edilib, səki və yol kənarlarında qurulan pərakəndə ticarət obyektlərinin yığışdırılması təmin olunub. Yığılan məhsullar, qanunamüvafiq qaydada akt tərtib edilərək, aidiyyəti üzrə təhvil verilib.

Orphus sistemi