Gəncədə qadın qaynar su qazanını üzərinə aşırdıb

Gəncədə qadın qaynar su qazanını üzərinə aşırdıb Gəncə. 13 noyabr. REPORT.AZ/ Gəncə şəhərində 1 nəfərin yanıq xəsarəti alması ilə nəticələnən bədbəxt hadisə olub.
Hadisə
13 Noyabr , 2018 21:57
Gəncədə qadın qaynar su qazanını üzərinə aşırdıb

Gəncə. 13 noyabr. REPORT.AZ/ Gəncə şəhərində 1 nəfərin yanıq xəsarəti alması ilə nəticələnən bədbəxt hadisə olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 31 yaşlı qadın yaşadığı evdə ehtiyatsızlıqdan içərisi qaynar su ilə dolu qazanı üzərinə aşırdıb.

Müxtəlif yanıq xəsarətləri alan zərərçəkmiş yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Lənkəranda qadın su quyusuna düşərək boğulub.

Son xəbərlər

Orphus sistemi