Gəncədə qadın azyaşlı övladı ilə özünü hərəkətdə olan maşından yerə atıb

Gəncədə qadın azyaşlı övladı ilə özünü hərəkətdə olan maşından yerə atıb Hadisə qadının həyat yoldaşı ilə mübahisə etməsi nəticəsində baş verib
Hadisə
30 Avqust , 2016 00:17
Gəncədə qadın azyaşlı övladı ilə özünü hərəkətdə olan maşından yerə atıb

Gəncə. 30 avqust. REPORT.AZ/ Gəncə şəhərində bədbəxt hadisə baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini Günay Qalib qızı Kərimova avtomobildə həyat yoldaşı ilə mübahisə edib və nəticədə azyaşlı övladı ilə özünü maşından yerə atıb.

Hər iki şəxs Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Azyaşlının vəziyyəti orta ağır olduğundan o, Gəncə şəhər 2 saylı Uşaq Xəstəlikləri Xəstəxanasına aparılıb. Göstərilən tibbi yardımlardan sonra ananın həyatı üçün yaranan təhlükə aradan qaldırılıb.

Ər və arvad arasında mübahisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faklta bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi