Yuxarı

25 yaşlı Gəncə sakini naməlum sürücü tərəfindən ağır yaralanıb

25 yaşlı Pərvin Əmiraslanovun vəziyyəti ağırdır

Bakı. 29 avqust. REPORT.AZ/ Bu gün axşam saatlarında Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Şəhərin Heydər Əliyev prospektində hələki istintaqa məlum olmayan avtomobil şəhər sakini 25 yaşlı Pərvin Əmiraslanovu vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər Pərvin Əmiraslanova kəllə-beyin silkələnməsi diaqnozu qoyub və ona ilkin tibbi yardım göstərilib.

Şöbənin həkimi Məharət Kərimovun bildirdiyinə görə, əvvəllər baş nahiyəsindən cərrahiyyə əməliyyatı olunan 25 yaşlı gəncin vəziyyəti ağır olduğundan o, Bakıdakı Neorocərrahiyyə İnstitutuna göndəriləcək.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılmaqla yanaşı hadisəni törədən sürücünün kimliyi müəyyən olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi