Gəncə. 21 iyul.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Şah İsmayıl Xatai prospektində yolu keçmək istəyən piyada,1991-ci il təvəllüdlü Hüseynova Rübabə Asif qızını avtomobili ilə vurub hadisə yerindən qaçan sürücü saxlanıllb. Belə ki, sürücü Məmmədov İsmət (1997) idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə "ZAZ-968" markalı avtomobili ötmək istəyərkən həmin avtomobillə toqquşub daha sonra idarəetmədən çıxaraq yolu keçmək istəyən R.Hüseynovanı vurub.
Qəza nəticəsində ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.