Gəncədə piyadanı avtomobillə vuraraq qaçan şəxs saxlanılıb

Gəncədə piyadanı avtomobillə vuraraq qaçan şəxs saxlanılıb Samux rayon sakinini avtomobillə vuraraq qaçan şəxs saxlanılıb.
Hadisə
15 Sentyabr , 2021 12:42
Gəncədə piyadanı avtomobillə vuraraq qaçan şəxs saxlanılıb

Samux rayon sakinini avtomobillə vuraraq qaçan şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 14-ü saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21099” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Ö.İsmayılov müəyyən edilərək saxlanılıb.

Son xəbərlər

Orphus sistemi