Gəncədə piyadanı avtomobil vurub

Gəncədə piyadanı avtomobil vurub Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
31 Avqust , 2019 09:14
Gəncədə piyadanı avtomobil vurub

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində qeydə alınıb. 

Belə ki, Şəmkir rayon sakini Malik Mikayılov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən Ramin Abdullayevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi