Gəncədə özünü yandıran şəxs xəstəxanada ölüb
Hadisə
- 12 iyul, 2017
- 05:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə. 12 iyul. REPORT.AZ/ Gəncə şəhərində üzərinə benzin tökərək özünü yandıran şəxs xəstəxanada ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə bu ilin iyun ayının 20-də Bala Bağbanlar məhəlləsində baş verib.
Belə ki, şəhər sakini, 1979-cu il təvəllüdlü Azər Fəxrəddin oğlu Hacıyev Təcili Tibbi Yardım Məntəqəsinin həyətində üzərinə benzin tökərək özünü yandırıb. Ağır yanıq xəsarətləri alan A.Hacıyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində müalicə alırdı. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, A.Hacıyev ötən gecə orada ölüb.
Qeyd edək ki, 38 yaşlı A.Hacıyev ruhi xəstə olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
20:34
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib
Xarici siyasət
20:33
Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalimiz
Xarici siyasət
20:05
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Daxili siyasət
19:52
Foto
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - Yenilənib
Qarabağ
19:50
Foto
Video
Bakı bulvarında Zəfər Günü münasibətilə konsert təşkil olunub
Daxili siyasət
19:50
Azərbaycan karateçiləri Gürcüstanda yeddi medal qazanıblar
Fərdi
19:37
Foto
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Daxili siyasət
19:33
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
Futbol
19:22
Azərbaycan Prezidentinin sosial şəbəkə hesabında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
Xarici siyasət