Gəncədə oğurluq edən qadın tutuldu

Gəncədə oğurluq edən qadın tutuldu Gəncədə oğurluq hadisəsi baş verib.
Hadisə
23 İyun , 2020 13:07
Gəncədə oğurluq edən qadın tutuldu

Gəncədə oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 13-dən iyunun 1-dək olan müddətdə Gəncə şəhər sakinləri olan 4 qadının çantalarından pul, sənəd və mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş S.Həsənova saxlanılıb.

Son xəbərlər

Orphus sistemi