Gəncədə oğul atasını qətlə yetirib, meyitini yandıraraq həyətdə basdırıb

Gəncədə oğul atasını qətlə yetirib, meyitini yandıraraq həyətdə basdırıb Gəncədə oğul atasını qətlə yetirib yaşadığı evin həyətində basdırıb.
Hadisə
492
13 Dekabr , 2021 09:57
Gəncədə oğul atasını qətlə yetirib, meyitini yandıraraq həyətdə basdırıb

Gəncə Şəhər Prokurorluğu qətl hadisəsi ilə bağlı məlumat yayıb.

"Report" xəbər verir ki, məlumatda deyilir:

"10 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri, Ə.Məmmədov küçəsində fərdi yaşayış evində yaşayan 1963-cü il təvəllüdlü Azad Məmmədovun evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı oğlu Məmməd Məmmədovun Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinə daxil olan müraciəti əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla müəyyən edilib ki, dekabrın 8-i günorta saatlarında Məmməd Məmmədov yaşadıqları evdə atası Azad Məmmədov ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onu əlləri ilə boğub öldürüb, daha sonra meyiti evin həyətinə çıxararaq yandırdıqdan sonra basdırıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məmməd Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir".

09.38

Gəncədə oğul atasını qətlə yetirərək yaşadığı evin həyətində basdırıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, Məmmədov Məhəmməd polisə müraciət edərək atası, ruhi xəstə olan, 1963-cü il təvəllüdlü Azad Məmmədovun itkin düşdüyünü bildirib.

Aparılan araşdırmalar zamanı həmin şəxsin qətlə yetirildiyi və yaşadığı evin həyətində basdırıldığı məlum olub.

Daha sonra həmin şəxsin elə oğlu M.Məmmədov tərəfindən qətlə yetirildiyi bəlli olub. O, şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi