Gəncədə  ödəmə terminallarından külli miqdarda pul oğurlanıb

Gəncədə  ödəmə terminallarından külli miqdarda pul oğurlanıb Gəncədə ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb
Hadisə
5 Fevral , 2021 11:07
Gəncədə  ödəmə terminallarından külli miqdarda pul oğurlanıb

Gəncədə ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb.

Bu barədə "Report"un Qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumat verilib.

Məlumatda bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinin və “Təhlükəsiz şəhər” xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədirləri nəticəsində şəhər ərazisindəki ödəmə terminallarından oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş, 29 yaşlı Emin Əsgərov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, E.Əsgərov müxtəlif vaxtlarda şəhərin müxtəlif yerlərindəki ümumilikdə 4 ödəmə terminalını sındıraraq 9 187 manat nağd pulu oğurlayıb.

E.Əsgərov saxlanılaraq istintaqa təhvil verilib, hazırda onun şəhər ərazisində digər anoloji cinayət törədib-törətməməsi istintaq-əməliyyat tədbirləri nəticəsində araşdırılır.

Faktla ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi