Gəncədə növbəti genişmiqyaslı dezinfeksiya işləri aparılıb

Gəncədə növbəti genişmiqyaslı dezinfeksiya işləri aparılıb Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Gəncədə tədbiq olunan növbəti sərt karantin rejimi nəzərə alınaraq şəhərin mərkəzi hissəsində, o cümlədən qəsəbə və yaşayış massivlərində yenidən gücləndirilmiş dezinfeksiya işləri aparılıb.
Hadisə
14 İyun , 2020 15:49
Gəncədə növbəti genişmiqyaslı dezinfeksiya işləri aparılıb

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Gəncədə tədbiq olunan növbəti sərt karantin rejimi nəzərə alınaraq şəhərin mərkəzi hissəsində, o cümlədən qəsəbə və yaşayış massivlərində yenidən gücləndirilmiş dezinfeksiya işləri aparılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, işlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunublar.

Gəncənin əsas küçə və prospektləri, o cümlədən “Gəncəçay” Park-bulvar kompleksi, Xan bağı və Nəriman Nərimanov parkının ərazisi xüsusi kimyəvi məhlulla yuyulub. 

Səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında da tibbi-profilaktiki işlər görülüb. Bununla yanaşı yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında da dezinfeksiyaedici tədbirlər həyata keçirilib.

Qeyd edək ki, dezinfeksiya işləri yeni növ koronavirus (COVID-19) infeksiyasının daha da genişlənməsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində aparılır və gündəlik olaraq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi