Gəncədə nişan üzüyü geri qaytarılan oğlan intihara cəhd edib

Gəncədə nişan üzüyü geri qaytarılan oğlan intihara cəhd edib O, bu məqsədlə özünü bıçaqlayıb
Hadisə
18 Fevral , 2018 23:33
Gəncədə nişan üzüyü geri qaytarılan oğlan intihara cəhd edib

Gəncə. 18 fevral. REPORT.AZ/ Gəncə şəhərində nişan üzüyü geri qaytarılan gənc oğlan intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1994-cu il təvəllüdlü Gəncə şəhər sakini İbrahim Hüseynzadə canına qəsd məqsədi ilə özünü bıçaqlayıb.

Qarın nahiyəsindən 1 bıçaq yarası alan oğlan Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Əməliyyat olunan kişinin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi