Gəncədə nikah bağlamağa gələn gənci avtomobil vurub

Gəncədə nikah bağlamağa gələn gənci avtomobil vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Fevral , 2017 12:27
Gəncədə nikah bağlamağa gələn gənci avtomobil vurub

Gəncə. 16 fevral. REPORT.AZ/ Gəncə şəhərində "ASAN xidmət"ə nikah bağlamağa gedən gənci avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində, "ASAN xidmət"in yaxınlığında baş verib. 

Belə ki, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədzadə Kamran Eldar oğlu yolu keçmək istəyərkən 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Hüseynov Tural Azər oğlunun idarə etdiyi 20-DA-991 dövlət nömrə nişanlı "Fort -Tranzit" markalı avtomobillə vurulub. 

Yaralı yaxınlıqdakı Gəncə Beynəlxalq Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən yaralının vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi