Gəncədə "Moskviç -2715" avtomobili yanıb, sürücü xəsarət alıb

Gəncədə "Moskviç -2715" avtomobili yanıb, sürücü xəsarət alıb Hadisənin başvermə səbəbləri araşdırmalardan sonra məlum olacaq
Hadisə
18 Fevral , 2017 22:52
Gəncədə Moskviç -2715 avtomobili yanıb, sürücü xəsarət alıb

Gəncə. 18 fevral. REPORT.AZ/ Gəncədə "Moskviç -2715" markalı avtomobil yanıb.

"Report"un qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin şərq çıxışında Yeni Qəsəbə adlanan ərazidə baş verib.

Kəlbəcər rayon sakini, 1962-ci il təvəllüdlü Həsənov Kamil Mədət oğlu ona məxsus avtomobil idarə edərkən avtomobildə alışma baş verib. Sürücü dərhal maşını tərk edib və yanğını söndürməyə cəhd edib, lakin buna nail ola bilməyib. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən maşın tamamilə alışmış avtomobili söndürüb.

Yanğın zamanı avtomobilini söndürməyə çalışan sürücü əlindən yanıq xəsarətləri alıb və ona ambulator tibbi yardım göstərilib.

Hadisənin başvermə səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi