Gəncədə minaatan mərmisi tapılıb

Hadisə
  • 26 iyun, 2017
  • 13:57
Gəncədə minaatan mərmisi tapılıb

Bakı. 26 iyun. REPORT.AZ/ Gəncədə minaatan mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə,Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən agentliyə Gəncə şəhəri, Nizami rayonu, "AZƏRİTTİFAQ"-ın yaxınlığında partlamamış hərbi sursatın (PHS) aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, 1 ədəd 50 mm-lik minaatan mərmisi (O-822) aşkar edilərək zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunan minaatan mərmisinin ətrafında 100 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

Son xəbərlər

Bütün Xəbər Lenti