Yuxarı

Gəncədə mikroavtobuslar toqquşub, iki nəfər xəsarət alıb - YENİLƏNİB

Gəncədə mikroavtobuslar toqquşub, iki nəfər xəsarət alıb - YENİLƏNİB

Faktla bağlı araşdırma aparılır

Gəncə. 12 may. REPORT.AZ/ Gəncə şəhərində iki mikroavtobusun toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yaralılardan Gəncə şəhər sakini, 1993-cu il təvəllüdlü Mustafayeva Bənövşə Cəlil qızının Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasınasının Travmatologiya Şöbəsində müalicəsi davam etirilir. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Niyazi adlı yeniyetmə isə ambulator yardımdan sonra evə buraxılıb.


*** 12:44

Gəncə. 12 may. REPORT.AZ/ Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərarası sərnişin daşıyan iki mikroavtobus toqquşub. Nətcədə bir necə nəfər xəsarət alıb.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi