Gəncədə məşhur supermarketin anbarında yanğın olub

Hadisə
  • 10 aprel, 2023
  • 06:28
Gəncədə məşhur supermarketin anbarında yanğın olub

Gəncə şəhərində çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, "Bazarstore" MMC-nin ümumi sahəsi 1210 m² olan mağazasının anbarında sahəsi 6 m² olan iş otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. FHN-in yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.